Bu il 437 milyon manat ipoteka krediti verilib

post-img

Bu ilin yanvar–noyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 436,7 milyon manat kredit verilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,8 faiz çoxdur. Bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Bildirilib ki, hesabat dövründə fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği 29,2 faiz artaraq 452,6 milyon manat təşkil edib. Bununla belə, il ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 1,3 faiz azalaraq 370 milyon manata, fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 8 faiz azalaraq 87,6 milyon manata düşüb.

XQ

İqtisadiyyat