İllik sığorta yığımı 26,6 faiz çoxalıb

post-img

Cari ilin 11 ayında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 1 milyard 108 milyon 234 min manat sığorta haqqı toplanılıb ki, bu da ötən ilin eyni dövrünə nisbətən 26,6 faiz çoxdur.

Bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilib. Bildirlib ki, hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği 497 milyon 466 min manat təşkil edib. Bu isə illik müqayisədə 24,1 faiz çoxdur.

Yanvar–noyabr aylarında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 44,9 manatı ödəniş edilib. Xatırladaq ki, ötən ilin eyni dövründə bu göstərici 45,8 manat olub.

XQ

 

İqtisadiyyat