Banklar 1 milyard manata yaxın qazanc götürüb

post-img

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, cari ilin yanvar–noyabr aylarında bankların xalis mənfəəti 997 milyon manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 16 faiz çoxdur.

Hesabat dövrü üzrə bank sektoru tərəfindən 131 milyon manat məbləğində mənfəət vergisi ödənilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,5 faiz və ya 57,9 milyon manat daha çoxdur.

XQ

İqtisadiyyat