2023-cü ilin yanvar–sentyabr aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə nəqletmədən əldə etdiyi gəlirləri 1 milyard 891 milyon 727,3 min manat təşkil edib. Bu da illik müqayisədə 10,9 faiz artım deməkdir.
Dövlət Statistika Komitəsindən XQ-yə verilən məlumata görə, 2022-ci ilin müvafiq dövründə bu göstərici 1 milyard 706 milyon 401,5 min manat səviyyəsində olub.
Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 29 milyard 430,7 milyon kubmetr qaz nəql edilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,3 faiz çoxdur.
XQ

