Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yataqlar blokunda yerləşən “Çıraq” platforması istismara veriləndən indiyədək burada 104 milyon tondan artıq neft və 24 milyard kubmetrə yaxın qaz hasil olunub. Energetika Nazirliyindən XQ-yə bildirilib ki, platformadan 2023-cü ilin birinci yarısı üçün ümumi hasilat gündə orta hesabla 23 min barel təşkil edib.
Qeyd edək ki, AÇG blokundan ilk neft 1997-ci ilin noyabrında “Çıraq” yatağından əldə edilib. Bakıdan təxminən 100 kilometr şərqdə yerləşən “Azəri-Çıraq-Dərinsulu Günəşli” Xəzər dənizinin Azərbaycan sektorunda ən iri neft-qaz yataqlar bloku hesab olunur. 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanan zaman buradakı ehtiyatlar 511 milyon ton həcmində təxmin edilirdisə, sonradan bu göstərici 1 milyard 72 milyon ton proqnozlaşdırılıb.
XQ

