Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” qaz kondensat yatağından çıxarılan qazı Türkiyə və Avropa istehlakçılarına çatdıran Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə cari il noyabrın sonunadək təqribən 55 milyard kubmetr qaz ötürülüb. Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 2019-cu il noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Xatırladaq ki, Cənub Qaz Dəhlizinin əsas seqmenti sayılan 1850 kilometrlik TANAP Türkiyə ərazisindən keçərək Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” kondensat yatağından çıxarılan qazı Türkiyə və Avropa istehlakçılarına çatdırır. Maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetr olan TANAP Türkiyə–Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə–Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşir.
XQ

