20-24 noyabr 2023-cü il tarixlərində Bakıda SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) həftəsi keçirilib. SPECA həftəsinin Azərbaycanda təşkilinin üstünlükləri nədir və gələcəkdə xarici ticarətin inkişafı üçün hansı zəmin yaradacaq?
Mövzu ilə bağli XQ-ə iqtisadçı-ekspert Pərviz Heydərov danışıb. Onun sözlərinə görə, Qurumun 25 illik zirvə toplantısı, Azərbaycanın sədiriliyi, Mərkəsi Asiya regionunda Azərbaycanın nüfuzundan, iqtisadiyyatda əldə etdiyiyi uğurlardan, naliyyətdərdən və ölkəmizin bu günkü inkişafından siyasi retinqindən xəbər verirdi: "BMT-nin Mərkəzi Asiya Ölkələri üçün xüsusi proqramı 1998 ci-ildə daşkənd bəyannaməsi ilə yaradılan bir qurumdur. SPECA-nın yaradılmasında əsas məqsəd budur ki, Asiya ölkələrinin hər birinin ümumi iqtisadi inkişafını təmin etmək, hər bir ölkəyə məxsus sahələri müəyən etmək və beləliklə də bu ölkələr arasında iqtisadi əməkdaşlıq, ticarət,əlaqələrini inkişaf etdirmək.
Dünyada regional təşkilatların sayı kifayət qədərdir və belə bir təşkilatın da 25-il öncə yaranması bu ölkələrin bir çoxu SSRİ parçalandıqdan sonra ayrıca bir əhəmiyyət daşıdı.
Hazırda Azərbayan həmin quruma sədrlik edir, yəni bu qurumun yaranmasından 25 il keçdiyinə və onun belə desək sərgisinin Azərbaycanda təşkil olunmasının böyük əhəmiyyəti var.
SPECA həftəsini izləmək üçün ölkə başcısı tərəfindən Gürcüstanın, Macarıstanın, baş narirləri dəvət olunmuşdu, o cümlədən körfəz əməkdaşlıq şurası baş katibi fəxri qonaq kimi iştirak edirdi. Qurumun 25 illik zirvə toplantısı, Azərbaycanın sədrliyi, həm də adı çəkilən ölkələrdə Mərkəsi Asiya regionunda Azərbaycanın nüfuzundan, iqttisadiyyatda əldə etdiyiyi uğurlardan, naliyyətdərdən və ölkəmizin bu günkü inkişafından siyasi reytinqindən xəbər verirdi. Cənab Ali Baş Komandan İlham Əliyevin SPACE həftəsində çıxışına diqqət yetirsək, görərik ki, cənab prezident xüsusi ilə vurğuladı ki, Mərkəzi Asiya ölkələri bu günkü inkişaf səviyyəsi diqqəti cəlb edir və bu da ondan irəli gəlir ki, siyasi sabitlik mövcuddur.
Ölkə başçısı əvvəllər də çıxışında qeyd edib, yenə də xatırlatma verdi ki, bu onun göstəricisidir ki, siyasi sabitlik olmayan yerdə iqtisadi inkişafdan söhbət gedə bilməz.
25 il ərzində Azərbaycan başda olmaqla Mərkəzi Asiya ölkələri, Orta Asiya ölkələrinin özləri, çox böyük inkişaf yolu keçmiş, iqtisadiyyatda böyük uğurlar əldə etmiş və öz müstəqilliklərinin möhkəmlənməsi baxımından bir sıra naliyyətlərə imza atmışdılar.
Mərkəzi Asiya ölkələrindən söhbət gedərsə Azərbaycanın bu ölkələrin hamısı ilə qarşılıqlı iqtisadi, ticari, siyasi, münasibətləri var və bu əlaqələr yüksək səviyyədədir.
Son 25 il ərzində bu sahədə çox böyük naliyyətlər əldə edilib və bu istiqamətdə də hərtərəfli inkişaf gözlənilməkdədir.
Orta asiya ölkələri ilə bizim münasibətlərimiz xüsusi ilə qeyd edilməlidir, bu ölkələrlə təkcə müstəqillik əldə edildikdən sonra, naliyyətlərimiz, uğurlarımızın möhkəmlənməsi sahəsində müvəffəqiyyətlərimiz deyil, tarixi bağlar birləşdirir.
Orta Asiya ölkələri ilə ayrı-ayrılıqda iqtisadi siyasi ticarət əlaqələri xüsusi önəm kəsb edir. Etiraf etmək lazımdır ki, tərəflərin təşəbbüsü ilə ayrıca yüksək səviyyədə münasibətlərimiz mövcuddur, Son dövrdə bu sahədə çox böyük addımlar və naliyyətlər əldə edilib.
SPACE həftəsinin 25 ilik dönəminin zirvə toplantısının Bakıda keçirilməsi ondan xəbər verir ki, gələcəkdə Azərbaycan orta Asiya və digər ölkələrdə daha böyük uğura və inkişafa imza atacaq. Bu naliyyətlər fonunda qarşıya daha iri həcmli lahiyələr qoyulacaq daha yüksək və proqramın əhəmiyyəti özünü sübuta yetirəcəkdir.
BMT-nin layihəsi olan SPACE-nin 25 illiyi ilə əlaqədar qəbul edilmiş qətnaməni alqışlamaqla onun himayəsində ehtiyyat fondu təsis edilmişdir ki, Aərbaycan bu fonda 3,5 milyon ABŞ dolları ayırmaq niyyətindədir.
Qurumun keçirilən zirvə toplantısı ilə paralel olaraq Bakı ekspo mərkəzində sərgi keçirildi və həmin sərgidə əldə olunan naliyyətlər əyani olaraq nümayiş etdirildi. Güman edirəm ki, Azərbaycanın həm bu proqram əsasında, həm də ayrılıqda sözü gedən ölkələrlə qarşılıqlı iqtisadi, ticarət əlaqələri münasibətləri, siyasi yanaşmaları bundan sonra daha yüksək səviyyədə inkişaf edəcək və sözü gedən ölkələrlə iki tərəfli münasibətlər bütün regionun inkişafına və hətda quruma üzv olmayan regionlarında Avropanın Şərqi Asiyanın özünün də böyük mənfəət və səmərəli gəlir əldə edəcəyi mümkün olacaqdır".
Ayşən Azadova
XQ