10 ayda 25,3 milyon ton neft və 40,1 milyard kubmetr qaz çıxarılıb

post-img

Operativ məlumatlara əsasən, cari ilin 10 ayında Azərbaycanda neft-kondensat hasilatı 25,3 milyon ton, ixracı isə 21 milyon ton olub.

Bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib. “Bu dövrdə 4,2 faiz artımla hasil edilmiş 40,1 milyard kubmetr qazın 19,8 milyard kubmetri ixrac olunub”,– deyə nazir əlavə edib.

Azərbaycan Cənub Qaz Dəhlizi (CQD) ilə Avropaya qaz tədarükünə 2020-ci il dekabrın 31-də də başlayıb. Nəhəng enerji dəhlizi ilə Xəzər dənizi regionundan hasil olunan qaz Gürcüstan və Türkiyə vasitəsilə Avropa ölkələrinə nəql olunur. Layihə 33 milyard ABŞ dolları dəyərindədir. CQD-nin əsaslı xərclərinin 8-10 il ərzində tam çıxarılacağı gözlənilir.

Xatırladaq ki, ötən ilin iyul ayında Azərbaycan və Avropa İttifaqı CQD vasitəsilə qaz tədarüklərinin həcmini 2027-ci ilədək hazırkı 10 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırmaq barədə razılığa gəliblər.

XQ

 

İqtisadiyyat