Yeni nəzarət-kassa aparatları ilə dövriyyə 18 milyard manata çatıb

post-img

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

Dövlət Vergi Xidmətinin məlumatına görə, indiyədək ölkə ərazisində 94 min 20 ədəd yeni nəsil NKA quraşdırılıb. Nəzarət-kassa aparatlarından istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar–oktyabr ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 18 milyard manata yaxın olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz çoxdur.

XQ

İqtisadiyyat