Büdcəyə 5,2 milyard manat gömrük vəsaiti daxil olub

post-img

2023-cü ilin yanvar–oktyabr aylarında gömrük xətti ilə büdcə daxilolmaları 12,7 faiz artaraq 5 milyard 235,8 milyon manata çatıb. Ötən ilin eyni dövründə isə bu rəqəm 4 milyard 646,7 milyon manat təşkil edib.

Bu barədə XQ-yə Dövlət Gömrük Komitəsindən məlumat verilib. Məlumata görə, hesabat dövründə gömrük rüsumları üzrə daxilolmalar 1 milyard 356,9 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 19,3 faiz çox), əlavə dəyər vergisi üzrə daxilolmalar 3 milyard 655,7 milyon manat (10 faiz çox), aksizlər üzrə daxilolmalar 186,5 milyon manat (39,3 faiz çox), yol vergisi üzrə daxilolmalar isə 36,5 milyon manat (30,6 faiz az) təşkil edib.

XQ

İqtisadiyyat