Şərti adı "B-04" olan yeni metrostansiyanın inşası sürətlə davam etdirilir-VİDEO

post-img

Nəsimi rayonu ərazisində yerləşən metrostansiyanın gələn ilin sonunda istifadəyə veriləcəyi planlaşdırılır.

XQ xəbər verir ki, şərti adı B-04 olan Metrostansiyanın inşası texnoloji proseslərin ardıcıllığı əsasında üç zonaya bölünərək aparılıb. İnşaat kompleksinin ümumi uzunluğu 167,7 metr olan “B-04” stansiyası 4 səviyyədən ibarətdir. 

Dəmir-beton işləri sonuncu - dördüncü səviyyədə davam edir. Sərnişin platformasının yerləşdiyi 4-cü səviyyə ilə 19 eskalator, pilləkənlər və 3 lift birləşdirəcək.Əsas işlər ərazinin relyefindən asılı olaraq, 29-31 metr aparılır,üst mərtəbədə kassa zalı və vestibül, üçüncü mərtəbədə isə texniki sahələr yerləşəcək. Burada xidməti otaqlar və 4 havalandırma kamerası tikiləcək.

İkinci mərtəbə keçid üçün nəzərdə tutulub. Stansiyada quraşdırılacaq 3 liftdən 2-si bu mərtəbədə olacaq.

Stansiyanın platforması 7 vaqonlu qatarların hərəkəti üçün nəzərdə tutulub.

Xatırladaq ki, 28-ci, bənövşəyi xəttin 5-ci stansiyası Heydər Əliyev adına İdman-Konsert Kompleksi ilə 1 saylı Şəhər Klinik Xəstəxanası arasındakı ərazidə - Cəlil Məmmədquluzadə küçəsində yerləşir. Tikinti işlərinin gələn ilin sonunda yekunlaşdırılması və stansiyanın istifadəyə verilməsi planlaşdırılır.

Ayşən Azadova


İqtisadiyyat