Artım və azalmalar iqtisadiyyatda hansı dəyişikliklərə səbəb olur

post-img

Meyvə-tərəvəzin qiymətinin artımı və ya azalması mövsumi amillərlə əlaqədərdir. Azərbaycanın xurma ixracı 43 faiz azalıb, nar satışında isə qazanc kəskin artıb. Bu artım və azalmalar iqtisadiyyatda hansı dəyişikliklərə səbəb olur və  kənd təsərüfatından gələn gəlir iqtisadiyyatın hansı hissəsini təşkil edir?

Mövzu ilə bağli XQ-ə iqtisadçı-ekspert Pərviz Heydərov danışıb. Onun sözlərinə görə, rayonda xeyli miqdarda xurma məhsullarının məhv olduğunu, ixrac edilmədiyini görürdük.  Bu isə ölkə iqtisadiyyatı üçün itki hesab olunur. 

“Azərbaycanın kənd təsərrüfatı istehsalına meyvəçiliyə, ümumiyyətlə, qeyri-neft sektoruna aid ixrac potensialına malik məhsul növləri sayılır. Bu məhsulların ixracı və bunlardan əldə olunan qazanc nə qədər yüksək təşkil olunarsa, təbii ki, Azərbaycan iqtisadiyyatına, dövlət büdcəsinə o qədər yaxşı gəlir gətirər.

Hazırda ölkə iqtisadiyyatında prioritet təşkil edən, əsas məqsəd və hədəf qeyri-neft və qaz sektorunun inkişafıdır, hansı ki, 2016-cı il-dən ən başlıca strategiya seçilmiş və bu istiqamətdə bir neçə il ərzində böyük irəliləyiş əldə edilib. Qeyri-neft və qaz sektoruna aid bir sıra məhsullar üzrə ixrac  həcmləri artıb, mövcud ixrac potensialına uyğun olaraq imkan genişlənib və hazırda dövlətin də planı ondan ibarətdir ki, dayanıqlı vəziyyətə gətirilsin.

Qaldı kənd təsərrüfatı məhsullarına, bu sahədən bacardıqca tam istifadə olunmalıdır. Hesab edirəm ki, hər hansı bir ixracda azalma neqativ hal daşıyır, bu mənfi hal kimi dəyərləndirilir. Məsələn, xurma ixracı nə üçün 43 faiz azalmalıdır? Bu sahədə azalma ölkə iqtisadiyyatı üçün itki hesab olunur. 

Kənd təsərrüfatı və ondan gələn gəlir ölkə iqtisadiyyatın hələki 10 faizdən az hissəsini təşkil edir. Qarşıya qoyulan məqsəd ondan ibarətdir ki, aqrar sahənin kənd təsərrüfatında, ölkə iqtisadiyyatında ümumi daxili məhsul həcmi 10 faizdən yuxarı olsun.

Ayşən Azadova

İqtisadiyyat