Rusiyanın elektrik enerjisinin Ermənistana yolu ölkəmizdən keçə bilər

post-img

Rusiya Bakı və Tehranla mövcud infrastrukturdan istifadə etməklə 300 MVt elektrik enerjisinin Azərbaycan vasitəsilə Ermənistana, daha sonra isə İrana ixracı imkanları barədə danışıqlar aparır. Bunu Rusiyanın energetika naziri Nikolay Şulqinov Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda “RİA Novosti”yə müsahibəsində deyib. 

Avqust ayında Rusiyanın Energetika Nazirliyi bildirmişdi ki, Rusiya, İran və Azərbaycan elektrik enerjisi sistemlərinin birləşdirilməsi üzrə texniki-iqtisadi əsaslandırma üzərində işi bu ilin sonuna qədər başa çatdırmaq barədə razılığa gəliblər. 

Qeyd edilib ki,  iş zamanı iştirakçı ölkələrin elektrik şəbəkələri ilə elektrik enerjisinin ötürülməsi üçün müxtəlif şərtlər ətraflı təhlil edilir və əlavə enerji obyektlərinin tikintisinin mümkünlüyü nəzərdən keçirilir.

XQ

İqtisadiyyat