Fəal vergi ödəyicilərinin sayı 5 faiz artıb

post-img

Sentyabrın 1-nə ölkədə fəal  vergiödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 4,7 faiz artaraq 745,6 min olub.

Dövlət Vergi Xidmətindən XQ-yə bildirilib ki, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 9,3 faiz artıb və 43,6 min təşkil edib.

Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 5 faiz artaraq 198,7 minə çatıb.

XQ

 

İqtisadiyyat