“Abşeron” – Xəzərin nəhəng qaz-kondensat yatağı

post-img

İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “X” sosial şəbəkəsində Azərbaycan üçün tarixi əhəmiyyətə malik bir tədbirin–“Abşeron” qaz-kondensat yatağından ilk qazın verilməsi mərasimi keçirildiyini yazıb. 

Nazir daha sonra “Abşeron” qaz-kondensat yatağının fəaliyyətinin ölkəmizin enerji potensialının reallaşdırılmasına, Azərbaycan qazının beynəlxalq bazarlara çatdırılmasına və respublikamızın iqtisadi potensialının gücləndirilməsinə mühüm töhfələr verəcəyini qeyd edib.

Xatırladaq ki, dünən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) pre­zidenti Rövşən Nəcəf Əbu-Dabi Milli Neft Şirkəti­nin (ADNOC) aşağı karbon həlləri və beynəlxalq inkişaf üzrə icraçı direktoru Musab­beh Al Kaabi ilə görüşüb. 

Tədbirdə ölkələr ara­sında qarşılıqlı əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi bildirilib, ölkəmizdə enerji sektorunda həyata keçirilən layihələrdə Bir­ləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) şirkətlərinin iştirakı­nın əhəmiyyəti vurğulanıb.

Bu xüsusda cari ilin avqustunda SOCAR, Fran­sanın “TotalEnergies” və BƏƏ-nin ADNOC şirkət­ləri arasında “Abşeron” qaz-kondensat yatağında 30 faizlik iştirak payının satı­şına dair imzalanan sazişin Azərbaycan və BƏƏ arasın­da strateji əlaqələrin daha da gücləndirilməsinə dəyərli töhfə verəcəyi qeyd edilib.

Görüşdə, həmçinin “Abşeron” layihəsinin cari vəziyyəti, onun növbəti fa­zası üzrə irəliləyişlər, aşağı karbon həlləri və bərpa olu­nan enerji layihələri barədə məsələlər müzakirə olunub. Bu xüsusda ADNOC-un Azərbaycanda ümumi gücü 10 GVt olan bərpa olunan enerji layihəsini icra edən və BƏƏ-nin təmiz enerji sahəsində ən böyük şirkəti olan “Masdar”a investisiyası ilə qlobal miqyasda bərpa­olunan enerjinin inkişafına təkan verdiyi qeyd edilib və qarşılıqlı maraq doğuran di­gər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəzər dənizinin Azər­baycan sektorunda, Bakı­dan, təxminən, 100 kilometr cənub-şərqdə yerləşən “Ab­şeron” qaz-kondensat yata­ğından ilk qaz cari ilin iyul ayının əvvəlində hasil edilib.

ADNOC-un BƏƏ-nin hüdudlarından kənarda ilk investisiyanı ölkəmizə ya­tırması respublikamızda xarici sərmayədarlar üçün yaradılan əlverişli investisi­ya mühitinin növbəti təzahü­rüdür. Sazişin Azərbaycan və BƏƏ arasında strateji əlaqələri daha da güclən­dirəcəyi və ölkəmizin etibar­lı təbii qaz təchizatçısı kimi mövqeyinə dəyərli töhfə verəcəyi gözlənilir. 

“Abşeron” qaz-konden­sat yatağının işlənməsi iki mərhələdə həyata keçirilir. İlkin Hasilat Sxemi (İHS) la­yihəsi çərçivəsində hazırda gündəlik 4,3 milyon kubmetr qaz və 1400 ton kondensat hasil olunur.

“Abşeron” yatağının eh­tiyatı da daxil olmaqla Azər­baycanın təsdiqlənən qaz ehtiyatı 2,2 trilyon kubmetr­dir. Ölkəmizin illik qaz ix­racı isə 21 milyard kubmetr təşkil edir. Yaxın 5 il ərzin­də Azərbaycan bu həcmdə qaz ixracını 30–31 milyard kubmetrə qədər artırmağı planlaşdırır. Avropaya qaz ixracının isə 11 milyarddan 20 milyard kubmetrədək yüksəldilməsi proqnozlaş­dırılır.

“Abşeron” qaz-konden­sat yatağından çıxarılan “mavi yanacaq” mühüm önəm daşıyır. Çünki indiyə kimi Azərbaycanın ixrac­la bağlı əsas qaz resursu “Şahdəniz” qaz-kondensat yatağı idi. Bu gün isə artıq ölkəmizə məxsus iki böyük qaz-kondensat yatağı var. 

Ölkəmizin qaz ehtiyat­larının həcminə görə, ikinci böyük yatağı olan “Abşe­ron”dan hasilatın başlanma­sı ilə ixracın artırılmasına müsbət təsir göstərəcəyi proqnozlaşdırılıb. İyulun 10-da Fransanın “TotalE­nergies” şirkəti SOCAR ilə əməkdaşlıq çərçivəsində Xəzər dənizində yerləşən “Abşeron” qaz-kondensat yatağının işlənməsinin bi­rinci mərhələsi çərçivəsində təbii qaz hasilatına başlan­dığını elan edib. 

“Abşeron” qaz-konden­sat yatağının işlənməsinin İHS mərhələsi sualtı hasilat quyusunu SOCAR-ın “Neft Daşları”ndakı mövcud qur­ğuları ilə əlaqəli yeni qaz emalı platformasına bir­ləşdirir. İHS mərhələsinin hasilat gücü gündəlik 4 mil­yon kubmetr qaz və 12 min barel kondensat təşkil edir. Qazın Azərbaycanın daxili bazarına satılacağı nəzərdə tutulur.

JOCAP (Absheron Pet­roleum Birgə Əməliyyat Şirkəti) tərəfindən idarə olunan layihədə SOCAR və “TotalEnergies” hər biri 50 faiz paya malikdir. Xəzər də­nizinin ilk məsafədən idarə olunan platforması olan Ab­şeron İHS layihəsinin qəbul platformasının idarəetmə­si “Neft Daşları”nda yer­ləşən mərkəzi idarəetmə məntəqəsindən həyata ke­çirilir.

Sonda bildirək ki, “Abşe­ron” çox mürəkkəb qurulu­şa malik qaz-kondensat ya­tağı olaraq indiyədək Xəzər dənizində açılan və istismar edilən ən dərin hissədə yer­ləşir. Əgər “Şahdəniz” yata­ğı dənizin 550 metr dərinli­yində yerləşirsə, “Abşeron” 600 metr dərinlikdədir. O cümlədən, məhsuldar qaz layları əgər “Şahdəniz”də 6 min 800-7 min 100 metr də­rinlikdədirsə, “Abşeron” ya­tağında bu 7 min 300 metr dərinliyə qədər uzanır. Ona görə, mürəkkəblik baxı­mından Xəzər dənizində indiyənədək hasilat gözlə­nilən ən mürəkkəb yataqdır. 

V.BİNYATOĞLU,
XQ

İqtisadiyyat