Azərbaycan və Türkiyənin qazma xidmətləri əməkdaşlığa başlayır

post-img

Azərbaycanın kompleks qazma və quyu xidmətlərinin idarə edilməsi şirkəti “SOCAR AQŞ” MMC-nin törəmə müəssisəsi olan “SOCAR AQŞ Sondaj Mühendislik Sanayi ve Ticaret A.Ş” (“SOCAR AQŞ Türkiyə”) “Türkiyə Petrolları Anonim Ortaqlığı” (TPAO) şirkəti ilə qazma xidmətləri üzrə mühüm müqavilə imzalayıb. 

Müqaviləyə əsasən, “SOCAR AQŞ Türkiyə” qardaş ölkənin cənub-şərq bölgəsində quruda yerləşən dörd neft quyusu üçün qazma xidmətləri göstərə­cək. Bu müqavilə enerji sektorunda strateji tərəfdaşlığı təmsil edən hər iki qurum üçün mühüm nailiyyətdir. Sazişin Türkiyənin ümumi neft hasilatını dəstək­ləyəcəyi və regionda məşğulluğu artıra­cağı gözlənilir.

Əlamətdar hadisəni şərh edən “SO­CAR AQŞ”nin baş direktoru Samir Mol­layev bildirib ki, “SOCAR AQŞ Türkiyə” zəngin təcrübəsindən, müasir texnologi­yalardan istifadə edərək layihə zamanı təhlükəsiz və səmərəli fəaliyyət göstər­məyi və maksimum məhsuldarlığı təmin etməyi qarşısına məqsəd qoyub.

“SOCAR AQŞ Türkiyə” və TPAO arasında olan bu tərəfdaşlığın regionun enerji sənayesinin inkişafını dəstək­ləmək üçün qarşılıqlı öhdəliyə əsas­landığını vurğulayan “SOCAR AQŞ Türkiyə”nin meneceri Famil Xələfov isə deyib ki, əldə olunmuş texniki təcrübə­dən istifadə hər iki tərəfə uğur gətirəcək, uzunmüddətli əlaqələri inkişaf etdir­məyə töhfə verəcək. 

“Xalq qəzeti”

İqtisadiyyat