Bakı-Tbilisi-Qars dəmir yoluna alternativ marşrut

post-img

“ADY Konteyner” MMC biznes müştərilər üçün alternativ transkontinental marşrut təqdim edir. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən “XQ”yə verilən məlumata görə, Bakı-Tbilisi-Qars dəmir yolu xəttində aparılan təmir-bərpa işləri yekunlaşanadək yeni dəmir yolu-dəniz əlaqəsi təchizat zəncirinin bütövlüyü təmin ediləcək.

Səhmdar Cəmiyyətinin törəmə şirkə­ti olan “ADY Konteyner” MMC Bakı-Tbi­lisi-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsində aparılan təmir-bərpa işləri ilə əlaqədar yüklərin təyinat stansiyaları­na vaxtında çatdırılmasını təmin etmək məqsədilə biznes müştərilərə alternativ marşrut təqdim edir. Belə ki, yeni marş­rut ilə yüklər gəmilərlə Türkiyənin Dərin­cə, Mersin, Alsancaq, Marport və Evyap limanlarından Gürcüstanın Poti və Batu­mi limanlarına çatdırılacaq. Limanlarda konteynerlər platformalara aşırılaraq dəmir yolu vasitəsilə Bakı limanına da­şınacaq. Daha sonra yük Qazaxıstanın Aktau və Türkmənistanın Türkmənbaşı limanlarına, oradan da dəmir yolu va­sitəsilə Orta Asiyadakı təyinat stansiya­larına göndəriləcək.

“Xalq qəzeti”

İqtisadiyyat