Qeyri-neft-qaz istehsalı 6,5 faiz çoxalıb

post-img

2023-cü ilin yanvar-iyul aylarında ölkəmizin neft-qaz sektorunda məhsul istehsalı 2,4 faiz azalıb. Sənayenin qeyri-neft-qaz sektorunda isə istehsal 6,5 faiz artıb.

Dövlət Statistika Komitəsindən ve­rilən məlumata əsasən, sənaye məh­sulunun 69,1 faizi mədənçıxarma, 25,7 faizi emal, 4,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və tə­chizatı, 0,8 faizi isə su təchizatı, tullantı­ların təmizlənməsi və emalı sektorların­da istehsal olunub.

“Xalq qəzeti”

İqtisadiyyat