Pivəlik arpaya tələbatı tam ödəyəcək müəssisə

post-img

İmişli rayonunda İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC və “Azərsun Kənd Təsərrüfatı Məhsulları” MMC-nin birgə investisiyası ilə reallaşdırılacaq pivəlik arpa emalı zavodu layihəsi ölkədə qeyri-neft sektorunun inkişafına təkan verəcək layihələrdən biridir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabın­da daha sonra investisiya dəyəri 25 milyon manat olan həmin müəssisənin respublikada fəaliyyət göstərən istehsalçıların xammala olan ehtiyacını tam ödəyəcəyini bildirib. 

Nazir məlumatı bu sözlərlə tamamlayıb: “Azərbaycanda rəqabətqabiliyyətli qeyri-neft məhsulları istehsalının stimullaş­dırılmasına, onun xammal bazasının yaxşılaşdırılmasına, idxalı əvəz edən yeni istehsal sahələrinin yaradılmasına və ixrac im­kanlarının genişləndirilməsinə dövlət dəstəyi tədbirləri davam edir”.

“Xalq qəzeti”

İqtisadiyyat