Mərkəzi Bank sığorta xidmətlərinə 1 milyon 628 min manat xərcləyib. Qurumun maliyyə hesabatına əsasən, bu, 2021-ci illə müqayisədə 29,2 faiz yüksəkdir. Bankın sığorta xərclərinin 572 min manatı icbari tibbi sığorta üzrə ayırmalardır ki, bu da illik müqayisədə 33,6 faiz çoxdur.
Xərclərin qalan 1,056 milyon manatı isə ənənəvi sığorta üzrə ayırmalardır. Bu isə 1 il əvvələ nisbətən 26,9 faiz artıqdır.
“Xalq qəzeti”