Bu ilin yanvar-mart aylarında Azərbaycanın Bolqarıstan ilə ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 18,58 faiz artaraq 186,8 milyon ABŞ dollarını üstələyib.
XQ xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Ötən ilin birinci rübü ilə müqayisədə ixracın həcmi 20,56 faiz artıb. Belə ki, 2025-ci ilin 1-ci rübündə qeydə alınmış 150,5 milyon dollarlıq ixrac göstəricisi 2026-cı ilin müvafiq dövründə 181,4 milyon ABŞ dollarını ötüb.
Bu ilin ilk rübündə ölkənin ümumi ticarət dövriyyəsində Bolqarıstan ilə ticarətin payı 3,5 faiz təşkil edib.

