Bakı növbəti beynəlxalq idman gimnastikası turnirinə ev sahibliyi edəcək

post-img

Mayın 14-dən 16-dək Bakı şəhəri növbəti dəfə idman gimnastikasının ən möhtəşəm yarışlarından birini qəbul edəcək.

XQ xəbər verir ki, Milli Gimnastika Arenasında keçiriləcək beynəlxalq turnirdə dünyanın müxtəlif ölkələrindən gələn peşəkar idmançılar öz bacarıq və ustalıqlarını nümayiş etdirəcəklər.

Üç gün davam edəcək yarış çərçivəsində gimnastlar ən mürəkkəb elementləri icra edərək fəxri kürsü uğrunda mübarizə aparacaqlar.

İdman