Ceyhun Bayramov və Mövlud Çavuşoğlu arasında telefon danışığı olub

post-img

Ceyhun Bayramov və Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

XQ xəbər verir ki, bu barədə nazir Ceyhun Bayramov öz "X" sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib.

"Əziz qardaşım və dostum MövlüdÇavuşoğlu ilə telefon danışığımız zamanı, qardaşı Aydın Çavuşoğlunun ağır xəsarət alması xəbərini kədər və narahatlıqla qarşıladığımızı diqqətə çatdırdım.

Vəziyyətinin sabit olduğu bildirilən Aydın Çavuşoğluya şəfa diləyirəm.

Bu çətin məqamda Çavuşoğlu ailəsinə həmrəyliyimizi ifadə edirik.

Allah yar və yardımçınız olsun", - paylaşımda qeyd olunub.

Siyasət