Abşeron rayonunda oğurluq edən şəxslər saxlanılıblar

post-img

Abşeron rayonu ərazisində fəaliyyət göstərən sexlərin birindən 1350 manat dəyərində metal avadanlıqlar oğurlanıb. 

DİN mətbuat xidmətindən XQ-yə verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən D.Paşayev və Ə.Musazadə müəyyən olunaraq saxlanılıb.

Araşdırma davam etdirilir.

Hadisə