“Caspian Agro Week” yeni konseptlə: sərgi, forum və innovasiya bir arada

post-img

45 ölkədən 447 şirkətin iştirak etdiyi sərgilərin coğrafiyası bu il daha da genişlənib. İlk dəfə olaraq Braziliya, Efiopiya və Şimali Kipr milli pavilyonlarla təmsil olunur. Ümumilikdə Almaniya, Belarus, Cənubi Koreya, Gürcüstan, İtaliya, İndoneziya və Niderland da milli stendlərlə iştirak edir.

“Caspian Agro Week” kənd təsərrüfatı texnikası, innovativ texnologiyalar, heyvandarlıq, bitkiçilik və digər sahələri əhatə edir. Sərgidə həmçinin süni intellekt, “ağıllı kənd”, startaplar və robototexnika üzrə həllər təqdim olunur. “InterFood Azerbaijan” sərgisində isə qida sənayesi və texnologiyaları nümayiş etdirilir.

Bu ildən sərgi “Caspian Agro Week” konsepti ilə keçirilir, konfranslar və innovativ təsərrüfatlara səfərlər də təşkil olunur.

Sərgidə “Azərsun Holdinq”, “Agro Dairy”, “Holmer”, “New Holland”, “PhosAgro”, “Azera Holdinq” və “Favo Agro” kimi şirkətlər öz məhsul və xidmətlərini təqdim edir.

Kənd Təsərrüfatı Nazirliyi sərgilərə dəstək göstərir və öz stendində aqrar sahədə rəqəmsal həllər, innovasiyalar, startaplar və dövlət dəstəyi mexanizmləri barədə məlumat təqdim edir.

Foto: Rauf İbrahimov

XQ
































@xalqqazeti “Caspian Agro Week” yeni konseptlə: sərgi, forum və innovasiya bir arada #kesfet #xeber #kəşfet #azerbaycan #sergi #caspianagro ♬ оригинальный звук - xalqqazeti

İqtisadiyyat