“Şahdəniz”də qazılan yeni quyu yatağın dərinliyinə “işıq” salacaq

post-img

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş çərçivəsində “Şahdəniz” müqavilə sahəsində yeni kəşfiyyat quyusunun qazılmasının planlaşdırılandan daha tez yekunlaşacağı gözlənilir. 

Xatırladaq ki, bu ilin yanvar ayında BP “Şahdəniz” tərəfdaşları adından “Şahdə­niz” müqavilə sahəsində yeni kəşfiyyat quyusunun qazılmasına başlanıldığını elan edib.

BP-nin məlumaınta görə, yeni kəş­fiyyat quyusu Heydər Əliyev adına ya­rımdalma qurğusundan qazılır. Qurğu bu quyunun “Şahdəniz” yatağının şərq cinahında yerləşən ərazisinə 2022-ci ilin dekabında gətirilib. Quyunun dərinliyinin, təxminən, 7 min metr olacağı nəzərdə tutulur.

Qeyd edək ki, “Şahdəniz” yatağından qaz Gürcüstan, Türkiyə və Avropaya ix­rac edilir. Yeni kəşfiyyat quyusunun qa­zılması yatağın imkanlarının daha da də­rindən öyrənilməsi və ixrac potensialının artırılması məqsədilə aparılır.

“Xalq qəzeti”

İqtisadiyyat