5 ayda ölkəmizdən 284 milyon dollarlıq neft məhsulları ixrac edilib

post-img

2023-cü ilin yanvar–may aylarında Azərbaycandan 479 min tondan çox neft məhsulları ixrac olunub. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib. 

Komitənin məlumatında o da qeyd olunur ki, neft bununla yanaşı, xaricə bitumlu süxurlardan alınmış neft və neft məhsul­ları–tərkibində neft və ya neft məhsullarının miqdarı 70 kütlə faiz və ya daha artıq olan məhsullar göndərilib. İxrac olunan məhsul­ların dəyəri isə 284 milyon ABŞ dollarından çox olub. 

Xatırladaq ki, ötən ilin müvafiq aylarında Azərbaycandan 245,2 min ton neft məhsulları ixrac edilib. Həmin məhsulların dəyəri 143,4 milyon dollar olub.

“Xalq qəzeti”

İqtisadiyyat