Aqrar sektorda 5 ayda 3 milyard manatlıqdan çox dəyər yaradılıb

post-img

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2023-cü ilin yanvar–may ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 3 milyard 116 milyon manat təşkil edib.

Bu məbləğin 2 milyard 372,3 milyon manatı heyvandarlıq, 743,7 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı­nın istehsalı 5,2 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,5 faiz, bitkiçilik məhsulları üzrə 10,9 faiz artıb.

Cari ilin yanvar–may aylarında 341,8 min hektar sahədə və ya 2022-ci ilin eyni dövrü ilə müqayisədə yazlıq bitkilərin səpini 10,7 faiz az aparılıb.

“Xalq qəzeti”

İqtisadiyyat