İndiyədək 300 tondan çox barama təhvil verilib

post-img

Respublikada barama istehsalı mövsümü başa çatmaq üzrədir. Bu il Azərbaycanın 41 rayonunda barama tədarük olunur. İndiyədək kümçülər tədarük məntəqələrinə 328 ton barama təhvil veriblər. 

Artıq bəzi rayonlarda barama tə­darükü başa çatıb. 2023-cü ildə res­publika üzrə ən çox təbii ipək xammalı Zərdab rayonunda tədarük olunub. Zər­dablı kümçülər tədarük məntəqələrinə 52,865 ton barama təhvil veriblər. Ağ­cabədi (34,326 ton), Zaqatala (27,865 ton), Balakən (27,855 ton), Bərdə (20,982 ton), Tərtər (14,475 ton), Füzuli (10,361 ton), Lənkəran (9,818 ton), Sa­birabad (9,287 ton), Ağdam (9,157 ton) və Yevlax (8,425 ton) ən çox barama tədarük edən rayonlardır.

Kümçülərlə imzalanan müqaviləyə əsasən, istehsal olunmuş barama mü­vafiq qurum tərəfindən 5 manata təhvil alınacaq, dövlət isə istehsal olunan hər kiloqram baramaya görə kümçülərə 6 manat subsidiya ödəyəcək.

“Xalq qəzeti”

İqtisadiyyat