Bölgələrdə bayram tədbirləri davam edir

post-img

GƏNCƏ 

Şəhər icra hakimiyyətinin dəstəyi və F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təşkilat­çılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş geniş kon­sert proqramı təşkil olunub.

Gəncə Şəhər İcra Hakimiy­yətinin başçısı Niyazi Bayramo­vun, hüquq-mühafizə orqanları rəhbərlərinin, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələrinin iştirak etdiklə­ri tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin və Vətən müharibəsində canla­rından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qeyd olunub ki, iyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixi­dir. Bu tarixi yaradan isə Azər­baycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənmə­sində, inkişafında müstəsna rol oynayan, daim xalqına güvənən və arxa, dayaq olan dahi şəxsiy­yət Heydər Əliyevdir. Ulu öndərin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisa­di və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünya­ya sıx inteqrasiya etməsində və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oyna­yıb. Ulu öndərdən sonra isə bu siyasəti möhtərəm Prezidentimiz İlham Əliyev uğurla inkişaf etdirir, Azərbaycan daha da möhkəmlə­nir və qüdrətlənir.

Bayram konsertində “Göy-göl” Dövlət Mahnı və Rəqs Ansamblı­nın (bədii rəhbər Sahil Quliyev və baletmeystr Sənan Cavadov) təqdimatında xalq və bəstəkar mahnıları ifa olunub. Xalq artisti Şahnaz Hamışova, solistlər Röv­şən Məmmədov, Əli Məmmədov, Xəyal Əliyev, Zəminə Nuriyeva və digərləri rəngarəng repertuarlar­la çıxış ediblər.

LƏNKƏRAN

Şəhər ictimaiyyəti Milli Qur­tuluş Günündə elliklə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.

Dövlətçilik salnaməmizdə si­linməz izlər qoymuş, azərbaycan­lı olması ilə ömrü boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünya­da Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirə­sini həmişə uca tutur və minnət­darlıqla anır, xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gəldiyi günü dövlət bayramı – Mil­li Qurtuluş Günü kimi qeyd edir. Həmin gün respublikanın bütün ərazilərində olduğu kimi, Lənkə­randa da silsilə tədbirlərlə qeyd olunub. 

Səhər saatlarından başlaya­raq ulu öndərin Heydər Əliyev xa­tirə parkında ucaldılmış abidəsi Lənkəran Şəhər İcra Hakimmiy­yətinin başçısı Taleh Qaraşov, icra aparatının kollektivi, rayonun hüquq-mühafizə orqanlarının nü­mayəndələri, hərbi qulluqçular, idarə, müəssisə və təşkilatların əməkdaşları, habelə geniş icti­maiyyət tərəfindən ziyarət olu­nub. 

Sonra rayon rəsmiləri Heydər Əliyev muzeyinə baş çəkiblər. Ulu Öndərin büstü önünə tər güllər düzülüb, ziyarətçilər ümummilli li­derin həyat və fəaliyyətini əks et­dirən fotostendlərlə tanış olublar, 

Milli Qurtuluş Gününə həsr olunan “Heydər Əliyevin xilaskar qayıdışı” adlı konfrans ulu öndə­rin və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Dövlət Himninin səsləndirilmə­si ilə başlanıb. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Ta­leh Qaraşov çıxışında bildirib ki, Heydər Əliyev Azərbaycanın ağır vəziyyətdə olduğu vaxt xalqın tə­kidli tələbi ilə siyasi hakimiyyətə qayıdaraq, qısa müddət ərzində ölkəmizi vətəndaş həmrəyliyinin, əmin-amanlığın hökm sürdüyü, demokratik təsisatların fəaliyyə­ti üçün geniş şəraitin yaradıldığı bir diyara, xarici sərmayədarlar üçün isə əlverişli imkanlar açan, hərtərəfli əməkdaşlığa hazır olan bir tərəfdaşa çevirdi. Ulu öndər böyük siyasi ustalıq, dərin zəka, dövlətçilik təcrübəsi ilə bütün ma­neələri aradan qaldıraraq ölkəni dönməz tərəqqi yoluna çıxardı. 

Digər çıxışlarda qeyd edilib ki, son dərəcə mürəkkəb və qarışıq bir şəraitdə Azərbaycan dövlət­çiliyinin xilaskarı kimi yenidən rəhbərliyə qayıdan Heydər Əliyev güclü iradəsi və əzmi ilə ölkəmizi düşdüyü ağır vəziyyətdən qurta­rıb, və Azərbaycanı beynəlxalq birliyin tamhüquqlu üzvlərindən birinə çevirib. Bir əsrdə ikinci dəfə milli dövlətçiliyi dağılmaq təh­lükəsi qarşısında qalan Azərbay­can xalqı yalnız Heydər Əliyev dühasına, sarsılmaz iradəsinə, əzminə, zəngin dövlətçilik təcrü­bəsinə və siyasi fəhminə arxala­naraq, öz dövlətini qoruyub, qu­rub və möhkəmləndirib.

Sonda ümummilli liderin xi­laskarlıq missiyasına həsr edilən videoçarx nümayiş olunub.

QAZAX 

Rayon Mədəniyyət Mərkəzi­nin qarşısında keçirilən bayram tədbirində icra hakimiyyətinin başçısı Rəcəb Babaşov, Azər­baycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, icra aparatının məsul əməkdaş­ları, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, əra­zi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, şəhid ailələri­nin üzvləri, müharibə iştirakçıları, qazilər, ziyalılar, gənclər iştirak ediblər.

Rayon rəhbərliyi və qonaq­lar əvvəlcə Qazax Dövlət Rəsm Qalereyasının, Rayon Mərkəz­ləşdirilmiş Kitabxana Sisteminin ümummilli lider Heydər Əliyevin 100 illiyinə və 15 İyun – Milli Qur­tuluş Gününə həsr etdikləri rəsm və kitab sərgisi ilə tanış olublar.

Tədbirdə Milli Qurtuluş Gü­nünün xalqımızın tarixində tarixi dönüş mərhələsi olduğu vurğula­nıb, ulu öndərin Azərbaycan döv­lətçiliyinin möhkəmləndirilməsin­də və ölkəmizin davamlı inkişaf yoluna çıxmasında misilsiz xid­mətləri dönə-dönə qeyd olunub. Ümummilli liderin miras qoyduğu alternativsiz siyasi xəttin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdiril­məsindən, Qurtuluşdan Zəfərə doğru addımlamış qalib Azərbay­canın regionda yeni reallıqlar ya­ratmasından və söz sahibi olma­sından ətraflı bəhs edilib. 

ŞƏMKİR

Rayonda bayram təntənələ­ri “Muğamın sehrində” konsert proqramının xoş sədaları altında keçib. 

Rayon rəsmiləri, dövlət qu­rumlarının rəhbərləri, ictimaiyyət nümayəndələri əvvəlcə ümum­milli liderin abidəsini ziyarət edərək, önünə gül dəstələri dü­züb, əziz xatirəsini dərin ehtiram­la yad ediblər. 

Heydər Əliyev Mərkəzində keçirilən tədbirin rəsmi hissəsin­də Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və şəhid­lərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəmkir RİH başçısı Rəşad Tağıyev çıxışında bildirib ki, 15 iyun tarixi Azərbaycanın məhv olmaq təhlükəsindən xilas edildiyi gündür və bu əlamətdar gün ölkəmizdə geniş qeyd edilir. O zaman böyük risklərə baxma­yaraq, xalqın qurtuluşu missi­yasını cəsarətlə öz üzərinə gö­türən Heydər Əliyev dövlətimizin müstəqilliyinin qorunub saxlanıl­masına, vətəndaş qarşıdurması­nın qarşısının alınmasına, dərin siyasi-ictimai böhrana son qoyul­masına nail olub. Bir müddət son­ra xalqın iradəsi ilə prezident se­çilən Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda böyük quruculuq mərhələsi başlanıb və həmin dövr ölkə tarixinə qızıl hərflərlə yazılıb.

İcra başçısı qeyd edib ki, bu gün Heydər Əliyev siyasi kursu­nun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azər­baycan daha da inkişaf edərək Cənubi Qafqazın şəriksiz lider dövlətinə çevrilib, Qarabağ sava­şında möhtəşəm qələbə qazanı­lıb və ölkəmizin ərazi bütövlüyü bərpa olunub. 

Digər natiqlər ulu öndərin ta­rixi sınaq günlərində atdığı cə­sarətli addımlardan, xalqımız qarşısında misilsiz xidmətlərin­dən danışıblar.

Sonra Şəmkir Regional Mə­dəniyyət İdarəsinin təşkilatçılığı ilə təqdim olunan “Muğamın seh­rində” adlı konsert proqramında ulu öndərin sevdiyi musiqilər səs­ləndirilib. 

AĞSTAFA

Ağstafa Rayon İcra Hakimiy­yətinin təşkilatçılığı ilə “Milli Qur­tuluşumuzun 30-cu ildönümü” adlı möhtəşəm bayram konserti təşkil olunub.

Ölkəmizin tanınmış incəsənət xadimlərinin iştirakı ilə şəhər Mərkəzi stadionun qarşısında ke­çirilən izdihamlı bayram tədbirinə RİH başçısı Seymur Orucov, ra­yonun hüquq-mühafizə orqanla­rının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, “N” saylı hərbi hissənin əsgər və zabit heyətləri də qatılıblar.

Aparıcılar tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Gününün ümummilli-ta­rixi əhəmiyyətindən bəhs ediblər. Konsert proqramı boyunca bu tarixi yaratmış, xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqla­rından uğurla çıxarmış, ardıcıl səylərlə dövlət müstəqilliyimizin dönməz xarakter almasını təmin etmiş qüdrətli şəxsiyyət, ümumilli lider Heydər Əliyevin xidmətləri xatırlanıb. 

Konsertdə şair Cığatel İsaqı­zının çıxışı, eləcə də müğənnilə­rin ifasında bəstəkarların Vətən, xalq haqqında mahnılar tamaşa­çılar tərəfindən rəğbətlə qarşıla­nıb. 

TOVUZ

Rayon icra hakimiyyətinin təş­kilatçılığı ilə “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda keçirilən tədbir maraqla qarşılanıb. 

Nizami adına Mədəniyyət evində keçirilən tədbirdə rayon rəsmiləri, qonaqlar və ictimaiy­yət nümayəndələri iştirak edib­lər. Öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub və önünə gül dəstələri qoyulub.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra çıxış edən RİH başçısı Məmməd Məmmədov Milli Qur­tuluş gününün tarixi əhəmiyyətini vurğulamış, ulu öndərin Azər­baycanın dövləti müstəqilliyinin qorunması, ölkəmizin qüdrət­lənməsi naminə həyata keçirdi­yi misilsiz xidmətlərindən bəhs edib. O deyib ki, əgər 1993-cü il iyunun 15-də xalqın istəyi və tələbi ilə dövrümüzün müd­rik və qətiyyətli dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, indi biz müstəqil, qüdrətli, yeniləşən və demokratikləşən Azərbaycan dövlətindən danışa bilməzdik. Bu qayıdış Azərbaycanın müstəqilli­yini dünya müstəvisində reallığa çevirdi. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, ulu öndər Heydər Əliyevin ha­kimiyyətə gəlişi ilə milli birliyin təmin edildiyi günü xalq öz xilas­karının şərəfinə Azərbaycanın ən yeni tarixinə Milli Qurtuluş Günü kimi yazmışdır. 

Ürək sözlərini söyləyən digər natiqlər ulu öndərin xalqımız və tariximiz qarşısında xidmətlə­rindən qədirbilənliklə söz açıb, bugünkü nailiyyətlərimizə görə məhz dahi şəxsiyyətin ruhuna borclu olduğumuzu vurğulayıb­lar.

GÖYGÖL

Şəhərdəki Heydər Əliyev adı­na parkda yerləşən “Yay kinote­atrı”nda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş bayram konserti böyük izdihamla müşa­yiət olunub. 

Göygöl Rayon İcra Hakimiy­yəti və Şəmkir Regional Mədəniy­yət İdarəsinin Göygöl rayon üzrə nümayəndələyinin və Mədəniyyət mərkəzinin təşkil etdiyi bayram konsertinə icra hakimiyyətinin başçısı Elvin Paşayev, Yeni Azər­baycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, idarə, müəssisə və təşkilat rəh­bərləri şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri də qa­tılıblar. Konsertdə yerli sənətkar­ların ifasında rəngarəng musiqi nömrələri təqdim olunub. 

Eyni zamanda sənətkarların əl işlərindən ibarət “ArtFest” in­cəsənət sərgi-yarmarkası təşkil olunub. Sərgidə respublikanın müxtəlif bölgələrindən 60 sənət­karın əl işləri, rəsm əsərləri və kitablar nümayiş olunub və satışı təşkil edilib.

MASALLI 

Şəhərdəki Heydər Əliyev Mərkəzində Milli Qurtuluş Günü münasibətilə keçirilən konfrans­da Masallı rayonunun rəsmiləri, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilatların rəhbər­ləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər. Sonra ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğ­runda canlarından keçən şəhid­lərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov rayon sakinlərini Milli Qurtuluş Günü bayramı müna­sibətilə təbrik edərək, ölkəmizin düçar olduğu bəlalardan dahi şəxsiyyət Heydər Əliyevin xalqın təkidi ilə yenidən rəhbərliyə qa­yıdışından sonra qurtulduğunu, Azərbaycanda uğurlu gələcəyin təməlinin qoyulduğunu diqqətə çatdırıb. Rayon rəhbəri bildirib ki, bu tarixi gün müasir Azərbay­canın müstəqilliyinin təntənəsi, hüquqi dövlət quruculuğunun başlanğıcıdır. Məhz dünya şöh­rətli siyasətçi Heydər Əliyevin qətiyyətli siyasi kursu, neft stra­tegiyası, bütün sahələrdə həyata keçirdiyi davamlı islahatlar tez­liklə ölkəmizi dünyanın aparıcı dövlətlərindən birinə çevirdi. Bu gün müdrik zəka sahibi Heydər Əliyevin sağlam təməllər üzərin­də qurduğu siyasət möhtərəm Prezidentimiz İlham Əliyev tərə­findən uğurla davam etdirilir. Digər natiqlər o dövrün tarixi ha­disələrindən, Azərbaycanın bu gün əldə etdiyi nailiyyətlərdən danışıblar. 

Həmin gün Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhərin mərkəzindəki Heydər Əliyev parkında təşkil olunan konsert proqramı da ictimaiyyət tərəfindən maraqla izlənilib. Ta­nınmış musiqiçilərin çıxışları və sondakı atəşfəşanlıq iştirakçılara sevincli anlar yaşadıb.

ASTARA

Rayon ictimaiyyətinin nü­mayəndələri Milli Qurtuluş Gü­nündə ulu öndər Heydər Əliyevin abidəsini zuyarət edərək, önünə tər gül dəstələri qoyub, ölməz xa­tirəsini böyük hörmət və ehtiram­la yad ediblər. 

Heydər Əliyev Mərkəzində “Milli Dövlətçiliyimizin Xilaskarı” mövzusunda keçirilən tədbiri giriş sözü ilə açan rayon icra hakimiy­yətinin başçısı Qəzənfər Ağayev böyük tarixi inkişaf yolunda olan doğma Vətənimizin hər yerində 15 iyun Qurtuluş Günü bayramı­nın təntənə ilə qeyd edildiyini bil­dirib. Qeyd olunub ki, 1993-cü ilin 15 iyun tarixi Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqya­sında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıq­ların möhkəm bünövrəsi kimi dəyərləndirib. Bugünkü Azərbay­canın Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bü­tövlüyü təmin olunmuş bir dövlət olduğu iftixarla vurğulanıb. 

Tədbirdə digər natiqlər də Milli Qurtuluş Gününün taruixi önəmindən bəhs ediblər. 

Bayram təntənələri Astara şəhəri park-bulvar ərazisində təş­kil olunmuş konsertlə davam edib. 

 

Hamlet QASIMOV,
Əli ƏLİYEV,
“Xalq qəzeti”













İqtisadiyyat