BP və tərəfdaşları ölkəmizdə sosial layihələrə 108 milyon dollar xərcləyib

post-img

BP şirkəti indiyədək tərəfdaşları ilə birlikdə ölkəmizdə reallaşdırdığı layihələrə təxminən 84 milyard dollar sərmayə qoyub.

Şirkətin sosial sərmayələri yerli po­tensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə zəngin mədəni irsin tədqiqi və təbliği kimi sahələrə yönəldilib. 

Fəaliyyətə başladığı vaxtdan in­diyədək BP və tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə 108 milyon ABŞ dolların­dan çox vəsait xərcləyib.

Azərbaycanda BP şirkətində təx­minən 2300 Azərbaycan vətəndaşı ça­lışır və bu da şirkətin ixtisaslı işçi heyə­tinin 90 faizindən çoxunu təşkil edir.

“Xalq qəzeti”

İqtisadiyyat