Məhsul bolluğuna “yaşıl işıq!”

post-img

Son illər ölkəmizin aqrar sektorunda həyata keçirilən məqsədyönlü tədbirlər məhsul istehsalının artmasına səbəb olub. Bu tendensiya 2023-cü ilin yanvar-fevral aylarında da davam edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin ilk iki ayında Azərbaycanda 895,6 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz çoxdur.

Yeri gəlmişkən, son bir ildə ölkədə istehsal edilmiş bitkiçilik məhsulları­nın dəyəri 1,9 faiz artaraq 46,4 mil­yon manat, heyvandarlıq məhsulları­nın dəyəri isə 3,4 faiz artaraq 849,2 milyon manat təşkil edib.

Hazırda ölkədə gələcək məhsul bolluğuna təminatın yaradılması is­tiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə ölkənin əksər rayonla­rında yazlıq bitkilərin əkininə başla­nılıb. Martın 1-dək 54,7 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 8,6 min hektar sahədə dənlilər və dənli paxlalı bitkilər (qarğıdalı daxil olmaq­la), 14,7 min hektar sahədə kartof, 11,1 min hektar sahədə tərəvəz, 19,9 min hektar sahədə yemlik bitkilər, 0,3 min hektar sahədə texniki bitkilər, 0,1 min hektar sahədə isə sair bitkilər əki­lib. Yanvar-fevral aylarında təsərrüfat­larda 39,5 min ton və yaxud keçən ilin müvafiq dövrünə nisbətən 0,8 faiz çox tərəvəz məhsulları istehsal edilib.

Hesabat dövründə Azərbaycanda quş əti də daxil olmaqla diri çəkidə 90,4 min ton ət, 322,3 min ton süd, 355,6 milyon ədəd yumurta istehsal edilib. Bir il əvvələ nisbətən ət isteh­salı 2,8 faiz, süd istehsalı 1,1 faiz, yu­murta istehsalı isə 16,1 faiz artıb.

 

“Xalq qəzeti”

İqtisadiyyat