Martın 4-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 229 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 63, ikinci doza vaksinlərin sayı 41, üç və daha çox doza vaksinlərin sayı 107, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 18-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 950 min 50, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 404 min 504, ikinci mərhələ üzrə 4 milyon 879 min 233, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 400 min 627, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 265 min 686-dır.