Son sutkada Azərbaycanda koronavirusa daha 95 nəfər yoluxub

post-img

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 95 yoluxma faktı qeydə alınıb, 61 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 830 min 230 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 819 min 533 nəfər müalicə olunaraq sağalıb, 10 min 196 nəfər vəfat edib. Aktiv xəstə sayı 501 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 795, bu günə qədər isə ümumilikdə 7 milyon 566 min 492 test icra olunub.

İnfoqrafika