Futbol üzrə Misli Premyer Liqasında XXIX tur start götürüb. Turun ilk matçında “Qəbələ” klubu doğma meydanda "Zirə”ni qəbul edib. Qəbələ şəhər stadionunda oynanılan matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Qəbələ”nin qollarını Roman Maçada və Ruan Renato, “Zirə”nin qolunu isə Eldar Quliyev vurub.
Bu qələbədən sonra xallarının sayını 39-a çatdıran “Qəbələ” “Zirə”ni qabaqlayaraq turnir cədvəlində dördüncü pilləyə yüksəlib. 38 xalı toplayan "Zirə" isə beşinci sıraya geriləyib.
Qeyd edək ki, şənbə günü XXIX tur çərçivəsində "Səbail" - "Sabah" və "Sumqayıt" - "Neftçi" oyunları keçiriləcək. Tura baza günü "Turan Tovuz" - "Şamaxı" və "Qarabağ" - "Kəpəz" oyunları ilə yekun vurulacaq.
Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"