Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 18 yoluxma faktı qeydə alınıb, 14 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 828 min 338 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 min 104 nəfər müalicə olunaraq sağalıb, 10 min 103 nəfər vəfat edib. Aktiv xəstə sayı 131 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1272, bu günə qədər isə ümumilikdə 7 milyon 513 min 104 test icra olunub.