“Azəriqaz” İstehsalat Birliyinin (İB) “Açıq mikrofon” aksiyası davam edir.
İB-dən AZƏRTAC-a bildirilib ki, növbəti həftə (fevralın 20-21 və 23-24 tarixləri) daha 4 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyaları keçiriləcək.
Aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-dək Şamaxı rayonunda (Şamaxı Tarix-Diyarşünaslıq Muzeyi), 2-ci günü saat 13:00-dan 14:00-dək Ucar rayonunda (Heydər Əliyev Mərkəzinin qarşısı), 4-cü günü saat 11:00-dan 12:00-dək Kürdəmir rayonunda (Heydər Əliyev Parkı), 5-ci günü saat 11:00-dan 12:00-dək isə Qobustan rayonunda (Heydər Əliyev Parkı) baş tutacaq.
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.