Fevralın 11-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 211 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 61, ikinci doza vaksinlərin sayı 52, üç və daha çox doza vaksinlərin sayı 78, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 20-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 945 min 213, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 403 min 68, ikinci mərhələ üzrə 4 milyon 877 min 850, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 398 min 888, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 265 min 407-dir.