Fevralın 16-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 243 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 72, ikinci doza vaksinlərin sayı 64, üç və daha çox doza vaksinlərin sayı 95, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 12-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 946 min 418, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 403 min 446, ikinci mərhələ üzrə 4 milyon 878 min 237, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 399 min 280, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 265 min 455-dir.