2023-cü ilin 1-ci rübü ərzində Energetika Nazirliyi və tabeli qurumlara 1676 vətəndaş müraciəti daxil olub.
Nazirlikdən "Xalq qəzeti"nə bildirirlər ki, müraciətlərdən 1180-i müvafiq qaydada icra olunub, 364-ü icradadır. 132 müraciət isə məlumat xarakterlidir.
Müraciətlər əsasən elektrik enerjisi və təbii qaz təchizatı, elektrik enerjisi şəbəkəsinə qoşulma, texniki şərtin verilməsi, elektrik enerjisi verilişində fasilələrin yaranması, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, borc və cərimələr, sayğaclaşma, bərpa olunan enerji və digər mövzularla bağlı olub.
Rüb ərzində Nazirlik və tabeli qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən 58 vətəndaş qəbul edilib və səsləndirilən müraciətlərdə qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.