Kolumbiyalı jurnalist: Təkcə şəhərlər, kəndlər dağıdılmayıb,ağaclar, yaşıllıqlar da məhv edilib

post-img

Bu gün burada gördüklərimiz bizi məyus edir. Dağıntılar həddən artıq çoxdur. Təkcə şəhərlər, kəndlər dağıdılmayıb, ağaclar, yaşıllıqlar da məhv edilib.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Ermənistan işğalından azad olunan Füzuliyə səfər edən Kolumbiyanın RCN televiziya kanalının jurnalisti Lauryen Calderin deyib.

“Mən təsəvvür edə bilmirəm ki, dağılmış şəhərləri yenidən tikmək üçün nə qədər zaman və səbir lazımdır. Amma bir tərəfdə dağıntıları görürüksə, digər tərəfdə quruculuq işlərinin şahidi oluruq. Bunlar ümidvericidir. Əgər bu yerlərdə müharibədən dərhal sonra tikinti-quruculuq işləri başlayıbsa, deməli, buraya tezliklə həyat qayıdacaq. Burada yenidən ağaclar, yaşıllıqlar olacaq, insanlar geri dönəcək, sevincli anlar yenidən yaşanacaq”, – deyə o bildirib.

Siyasət