“Apple”dan yeniliklər

post-img

   İyunun 11-də “Apple” şirkəti Ümumdünya Tərtibatçı Konfransında iştirakı ilə yadda qaldı. Tədbirdə şirkət istifadəçilərinə istehsal etdiyi bir sıra cihazlarla bağlı yenilikləri təqdim etdi. Yeniliklərə bunlar daxildir: 

1. Apple modellərində olan İOS 18 (Apple-nin mobil sistemi) vasitəsilə ekrandakı tətbiq və vidjetləri (android telefonlarda olan proqramlar toplusu) istənilən formada sıralamaq, qaranlıq rejim və müxtəlif rənglərdən istifadə edərək tətbiqlərin formasını istədiyimiz kimi dəyişmək, kilid ekranında olan işıq və kamera düymələrini istənilən funksiya ilə əvəz etmək mümkün olacaq.

 2. “Apple” həmçinin, Siri (Apple-nin mobil sistemi) və iOS 18-ə ChatGPT (süni zəka) də əlavə edir. Texnologiya nəhəngi ChatGPT-nin bu ilin sonunda iOS 18, iPadOS 18 və MacOS Sequoia mobil sistemlərində mövcud olacağını qeyd edib.
 3. Şirkət, həmçinin fotolar tətbiqində skrinşotları (ekran görüntüsü) gizlətmək və avtomatik olaraq yeni bölmələr yaratmaq üçün filtr olacağını da diqqətə çatdırıb. 

 4. Apple-nin etdiyi daha bir yenilik isə Genmoji adlanan süni intellektli emojilərdir. Bu yeni xüsusiyyət vasitəsilə internetə qoşulmadan birbaşa cihazda emojilər yaratmaq mümkün olacaq. Hətta, seçdiyimiz insan tipinə uyğun şəkillər də yarada biləcəyik.
 

   Fidan

   XQ



İKT