İcraçı direktor: Azərbaycan üçün investisiya kalkulyatorun hazırlanması layihəsi davam edəcək

post-img

“Ağıllı Sənaye Hazırlığı İndeksi”nin (SIRI – Smart Industry Readiness Index) qiymətləndirməsi ilə bağlı keçirilən vörkşop ötən il Dünya İqtisadi Forumu ilə birgə başlatdığımız və Azərbaycanın rəqəmsal iqtisadiyyatına investisiyaların cəlbi istiqamətində aparılan araşdırmanın yekununda atılmış növbəti addımıdır.

Bunu jurnalistlərə açıqlamasında 4SİM-in icraçı direktoru Fariz Cəfərov deyib.

Onun sözlərinə görə, növbəti mərhələdə AZPROMO, UNESCAP, Dünya İqtisadi Forumu və digər tərəfdaşlarla birlikdə investisiya texnologiyaları sahəsində tədbirlər keçiriləcək.

“Eyni zamanda, Azərbaycan üçün investisiya kalkulyatorun hazırlanması layihəsi davam edəcək. Bununla da biz həm də Rəqəmsal İqtisadiyyatın İnkişafı Strategiyasında nəzərdə tutduğumuz kiçik və orta bizneslərin rəqəmsallaşması layihəsinin, həm də bir başlanğıcını qoymuş olacağıq. Ötən gün Dünya İqtisadi Forumu Azərbaycanın rəqəmsal iqtisadiyyatına investisiya cəlbi ilə bağlı böyük bir hesabatını öz internet resursları üzərindən paylaşıb və bu sənəddə rəqəmsal iqtisadiyyatın inkişafı baxımından 13 istiqamət təqdim olunub. Hesabatı hazırlamaq üçün Dünya İqtisadi Forumu tərəfindən Azərbaycanda 100 şirkət arasında sorğu keçirilib, 11 fərqli istiqamət üzrə suallar verilib və onlardan əldə olunmuş cavablar nəticəsində bu sənəd hazırlanıb. Biz artıq həm dövlət, həm də özəl olan 50-dək təşkilat üçün ağıllı sənaye qiymətləndirilməsi vorkşopunu təşkil etmişik. Bu tədbirin keçirilməsində əsas məqsəd rəqəmsal transformasiya prosesinə keçmək istəyən şirkət və dövlət qurumlarının özlərini üç əsas istiqamət üzrə müəyyənləşdirmələri üçündür. Layihənin keçən ilki ilkin mərhələsində şirkətlərlə görüş keçirilib, hesabat hazırlanıb, onlara təqdimatlar edilib”, - deyə Fariz Cəfərov əlavə edib.

İqtisadiyyat