Sumqayıt Dövlət Universitetində təlim keçirilib

post-img

Sumqayıt Dövlət Universitetində Dayanıqlı inkişaf Mərkəzinin təşkilatçılığı ilə "Dayanıqlı İnkişaf Məqsədləri"( DİM) mövzusunda SDU-nun akademik heyəti üçün təlim keçirildi.

Missiya 2030 və DİM-Hakaton layihələrinin iştirakçısı Əfqan Baxşəliyev "Dayanıqlı inkişaf məqsədləri" mövzusunda geniş məzmunlu təqdimatla çıxış etdi,  mövzunun ali təhsil müəssisələrinin fəaliyyətlərinə inteqrasiyası və bu istiqamətdə Avropa təcrübəsinin öyrənilməsindən danışdı.

Təlimin sonunda fikir mübadiləsi aparıldı və iştirakçıların sualları cavablandırıldı.

 







Elm