Bulud texnologiyaları nəyə xidmət edir?

post-img

Bakıda “Azərbaycanda bulud texnologiyaları sahəsində trendlər” mövzusunda tədbir keçiriləcək. Tədbir İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi, “Sabah.Hub” və “Elcore” şirkətinin sponsorluğu ilə “Startup Grind Baku” tərəfindən təşkil olunacaq.

Azərbaycanda bulud texnologiyalarının inkişafı özündə in­formasiya texnologiyalarının genişlənməsi və modernləşdiril­məsini nəzərdə tutan dövlət proqramları və strateji yanaşma­ların bir nəticəsidir. Bu, şirkətlərə və təşkilatlara qurumlararası əməkdaşlıq və texnologiya təminatını artırmağa imkan verir. 

Bulud texnologiyaları, infrastrukturun və proqramların təminatını artıraraq və istifadəçilərə çoxsaylı mobil və digər cihazlar üzərindən giriş imkanı verərək, iş proseslərini sürət­ləndirir və əlaqələri gücləndirir.

Mövzunun müzakirəsini “Elcore” şirkətinin biznesin inki­şafı üzrə meneceri Ramiz Aliyev, “Ericsson” şirkətinin bulud dəstəyi və inteqrasiya üzrə mühəndisi Malik Məmmədli və “AzIntelekom” şirkətinin kommersiya departamentinin direk­toru Fərrux Fərəcullayev həyata keçirəcəklər. 

Panel sessiyasında kloud texnologiyalarında olan ən son trendlər barədə məlumat veriləcək, həmçinin iştirakçıların su­alları cavablandırılacaq.

AYTƏN
XQ

İKT