Pişik üçün lift

post-img

Yeni Zelandiyada yaşayan milyonçu blogger Liam Tompson pişiyi üçün evdəki pilləkənlərdən düşməyə kömək edən qurğu yaradıb.

O, bu addımı sevimli pişiyi yaşlandığı üçün atıb. Gəzməyə çətinlik çəkən 20 yaşlı pişik üçün sahibi Liam lift hazırlayıb. Onun bu cihazı sosial şəbəkələrdə hər kəsin marağına səbəb olub. 

İnsanların ev heyvanlarından imtina etməsi və nə­zarət edə bilməməsi bütün dünyada çox sayda pişiklə­rin tələf olması ilə nəticələnir.

Pişiklər ilk dəfə Yaxın Şərqdə eramızdan əvvəl 7500-cü ildə əhlilləşdirilmişdir. Eramızdan əvvəl 3100-cü ildə Qədim Misirdə pişiklərə ehtiramla yanaşılmağa başlanmışdır. Bu heyvanları müqəddəs hesab edən misirlilər ölümdən sonrakı həyatda da bərabər olmaq üçün onları mumiyalayırdılar. 

Heç təsadüfi deyil ki, pişiklər ölülər dünyasının qo­ruyucuları hesab olunurdu. Antik Misirdə pişiyə bağlılıq o qədər güclü idi ki, pişiyi ölən evdə yas qurular, ev sakinləri yas əlaməti kimi qaşlarını qırxardılar.

F. SALMAN
XQ

Maraqlı