Hər il Hindistandan böyük ərazidə meşə yanır
Avstraliya, İspaniya, Fransa və Böyük Britaniyadan olan alimlər qrupu meşə yanğınlarının qlobal miqyasda iqlim və ekologiyaya təsirini öyrənib. Onların hesablamalarına görə, hər il yanğın Yer kürəsində 3,98 milyon kvadratkilometri əhatə edir ki, bu da Hindistanın ərazisindən (3,2 milyon kv. km) çoxdur.
Tədqiqat işi Annual Review of Environment and Resources (ARER) elmi jurnalında dərc olunub.
Komanda yanğınların gözlənilməz yerlərdə və qeyri-adi vaxtlarda başladığına dair sübutlar tapıb. Yanğın nümunələrindəki bu dəyişikliklər insanların həyatı üçün təhlükə yaradır, eyni zamanda, ekosistemi dəyişdirir.
Peyk məlumatlarına əsasən, 1979-cu ildən 2020-ci ilə qədər yanğın mövsümünün illik uzunluğu 14 gün, gecə vaxtı baş verən yanğınların sayı isə 2003-cü ildən 2020-ci ilə qədər 7,2 faiz artıb.
XQ