Son vaxtlar “WhatsApp”da fırıldaqçılıq halları çoxalıb. Bir çox insanın nömrəsinə Seneqal, Nigeriya, Filippin, Pakistan, Hindistan kimi ölkələrdən “WhatsApp” zəngləri gəlməyə başlayıb.
Axtarışlar nəticəsində fırıldaqçıların daha çox məşhur aktyor və ya müğənnilərin fotolarından istifadə edərək insanları aldatdıqları ortaya çıxıb. Müəyyən ödəniş müqabilində kredit kartı nömrəsini istəyir və ya yalandan iş təklifi edirlər.
İnformatika mütəxəssisləri xəbərdarlıq edir ki, dələduzlar, həmçinin “WhatsApp” hesablarınızı və kontaktınızda olan bütün insanların məlumatlarını ələ keçirə bilərlər.
F. HÜQUQQIZI,
“Xalq qəzeti”