Sərbəst güləş üzrə millimiz II MDB Oyunlarını 6 medalla başa vurublar

post-img

Sərbəst güləş üzrə Azərbaycan millisi Belarusda keçirilən II MDB Oyunlarını 6 medalla başa vurub. “Xalq qəzeti” Azərbaycan Güləş Federasiyasına istinadən bildirir ki, sərbəst güləş üzrə yığma komandamız yarışda 2 qızıl, 3 gümüş, 1 bürünc medal əldə edib.

Cəbrayıl Qadjiyev (74 kq) və Arseniy Djioyev (86 kq) 1-ci, Ayxan Abdullazadə (61 kq), Murad Yevloyev (70 kq) və Abdulcəlil Şabanov (92 kq) 2-ci, Rəşid Babazadə (65 kq) isə üçüncü yeri tutublar.

Qeyd edək ki, sərbəst güləş yığmamız II MDB Oyunlarına məşqçilər Nazim Əlicanov, Əşrəf Əliyev və Xəqan Süleymanovun rəhbərliyi altında 9 nəfərlə yollanmışdı.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman