Bu gün “Sabah” “Partizan”ı, “Neftçi” “Beşiktaş”ı qəbul edəcək

post-img

Bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində “Sabah” və “Neftçi” klubları ilk oyunlarını keçirəcəklər.

“Sabah” klubu  doğma meydanda Serbiyanın “Partizan” klubunu qəbul edəcək. Saat 20:00-da start götürəcək qarşılaşma “Bank Respublika Arena”da keçiriləcək. Görüşü gürcüstanlı FIFA referisi Giorgi Kruaşvili idarə edəcək.

“Neftçi” klubu isə III təsnifat mərhələsinin ilk oyununda Türkiyənin “Beşiktaş” klubu ilə qarşılaşacaq. “Neftçi Arena”da oynanılacaq matç saat 21:00-da start götürəcək. Qarşılaşmanı isveçrəli baş hakim Lukas Fandrix idarə edəcək.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman